Monthly Archives: Декабрь 2011

Yeni iliniz mübarək.2012

Azericook.com saytı bütün Azərbaycan xalqının yeni ilini təbrik edir. Azericook.com saytı bütün Azərbaycan xalqının yeni ilini təbrik edir. Bütün dərdlərimiz keçən 2

Azericook.com saytı bütün Azərbaycan xalqının yeni ilini təbrik edir.

Yeni iliniz mübarək.2012


Bütün dərdlərimiz keçən 2011 -ci ildə qalsın.
Yalnız xoş xatirələrlə 2012 -yə qədəm qoyaq.
Allah bütün köhnə ildə olan günahlarımızı bağışlasın.
Hər kəsə uzun ömür,can sağlığı və rahat yaşaması üçün bol -bərəkət, ruzi arzu edirik.
Ən xoş arzularla azericook.com.
Gülümsəyin cənablar gülünmsəyin.

Yeni iliniz mübarək.2012

Alma kompotu.

Dadlı və ləzzətli menyumuzdan … Alma kompotu. Dadlı və ləzzətli menyumuzdan … Alma kompotu. Bizə lazım olacaq ərzaqlar. Alma -8 ədəd orta boy(istənilən növ) Şəkə

Dadlı və ləzzətli menyumuzdan …
Alma kompotu.


Bizə lazım olacaq ərzaqlar.

Alma kompotu.

Alma -8 ədəd orta boy(istənilən növ)
Şəkər -2.5 stəkan
Su -3 lt

Hazırlanışı.
Almaları təmiz yuyun və dilimləyin.
Dərin qaba su əlavə edin və almaları içinə tökün.

Alma kompotu.
Qoyun orta xodda qaynasın almalar yumuşaldıqda üzərinə şəkəri əlavə edin.
2-3 dəq də qaynadın.Sonra qazın özərindən götürün.
Almaları qaşıq vasitəsilə qazanın içindən götürün.
Kompot tam soyuduqdan sonra kuvşinə tökün.
Nuş olsun!

Çuğundur salatı

Dadlı və ləzzətli menyumuzdan… Çuğundur salatı. Dadlı və ləzzətli menyumuzdan… Çuğundur salatı. Lazım olan ərzaqlar. Çuğundur -3 ədəd orta boy Qoz — 50 qr( bala

«Əməyə hörmət əlaməti olaraq-Xəbərə baxan hərkəsdən öz fikirlərini qeyd etməyini rica edirik»


Dadlı və ləzzətli menyumuzdan…
Çuğundur salatı.
Çuğundur salatı

Lazım olan ərzaqlar.

Çuğundur -3 ədəd orta boy
Qoz — 50 qr( balaca kasanın yarısı qədər)
Cəfəri — yarım dəstə
Mayonez və ya xama(Mən xama istifadə edirəm)- 2-3 xörək qaşığı
Duz ,istiot (zövqə görə)

İlk öncə çuğunduru yuyun ki üzərində olan torpaq təmizlənsin.
Sonra üzərini basacaq qədər su tökərək qoyun bişsin.
Bişməsini belə yoxlayın-çəngəli çuğundurun üzərinə basın.
Çəngəl çuğundurun ortasına kimi rahat girirsə deməli bişib.
Bişdikdən sonra suyunu tullayın və çuğundur soyuduqdan sonra qabığını soyun.
Çuğundurları sürtgəcin iri tərəfindən keçirdin.

Qozu xırda-xırda doğrayın.
Cəfərini də təmizləyin,yuyun və xırda doğrayın.
Ərzaqları dərin bir qaba tökün və duz ,istiot səpin.
Biraz qarışdırın .Sonra üzərinə mayanez və ya xamanı əlavə edin qarışdırın.
Çuğundur salatı hazırdır.
Nuş olsun!

Çuğundur salatı

Balqabaqlı kartoşka katleti

Dadlı mə ləzzətli meyumuzdan … Balqabaqlı kartoşka katleti. Dadlı mə ləzzətli meyumuzdan … Balqabaqlı kartoşka katleti Lazım olan ərzaqlar. kartoşka -4 ədəd Kök

Dadlı mə ləzzətli meyumuzdan …
Balqabaqlı kartoşka kotleti

Balqabaqlı kartoşka katleti

Lazım olan ərzaqlar.

Kartoşka -4 ədəd
Kök -4 ədəd balaca boy(100 qr)
Balqabaq — 100 qr
Yumurta -1 ədəd
Un — 2 xörək qaşığı
Ədviyyatlardan-duz,istiot ( zövqə görə)
Sarıkök -yarım çay qaşığı
Duru yağ (qızartmaq üçün)
Suxarı

Hazırlanışı

Kartoşkaları soyun,təmiz yuyun və ət maşınından keçə biləcək boyda doğrayın.
Eyni ilə kökü və balqabağı soyun ,yuyun,doğrayın.
Keşnişi də təmizləyin, yuyun və xırda -xırda doğrayın.

Kartoşkanı, balqabağı və kökü ət başınının balaca deşikli tərəfindən keçirin.
Sonra əlinizlə keçirilmiş ərzaqların suyunu yaxşıca süzün.Su qalmasın.

Üzərinə doğranmış keşnişi,yumurtanı, unu ,duzu,istiotu,sarıkökü əlavə edib yaxşıca qarışdırın.
Qarışıq bir az yumuşaq olacaq.

Balqabaqlı kartoşka katleti

Yağı tavaya əlavə edin və orta səviyyəli qazda isidin.
Hazır olan qarışıqdan 1 dolu xörək qaşığı götürün.
Əlinizlə kotlet forması verin və hər iki üzünü suxarıya batırın.
Sonra tavaya qoyun.Tavanın qapağını da örtün.

Balqabaqlı kartoşka katleti
Bir üzü qızardıqdan sonra o biri üzərini də qızardın.
İsti-isti süfrəyə verin.
Nuş olsun!

Balqabaqlı kartoşka katleti

Xanımlar alış-verişə çıxırıq alış-verişəəəə…

Xanımlar alış-verişə çıxırıq alış-verişəəəə… Nə almağa??? -Təbii ki , yeni il bazarlığına. Xanımlar alış-verişə çıxırıq alış-verişəəəə… Nə almağ

Xanımlar alış-verişə çıxırıq alış-verişəəəə…
Nə almağa???
-Təbii ki , yeni il süfrəsi üçün bazarlığa.

Xanımlar alış-verişə çıxırıq alış-verişəəəə...

Yolumuz Bakının ən bol çeşidli marketlərindən birinədir.(ad verməyim reklam olar wink )

Təbii ki ,əvvəlcədən nə bişirəcəyimizi bilməliyik ki, ona uyğun ərzaqlar alaq.
Mən Azərbaycanlı ailəsinin yeni il süfrəsini aşsız təsəvvür edə bilmirəm.Yanında da plovun qaraltısı.
Qaraltıların çeşidliliyi istifadə edəcəyimiz ətlərə görə dəyişir.
Misal olaraq-toyuq,hind toyuğu,ördək , mal və qoyun əti qovurmaları.
Aşın tacı qazmaqdır.Bizim tərəflərdə qazmaqsız aşa birtəhər baxırlar. fellow

Plov üçün lazım olacaq ərzaqları yazaq-
Düyü ,duz ,kərə yağı .
Qazmaq üçün -Ya lavaşdan istifadə edin ya da düyü qazmağından istifadə edin.
Düyü qazmağına lazım olan ərzaqlar-2 aş qaşığı bişmiş düyü,1 əd yumurta ,1 xörək qaşığı un,
1 xörək qaşığı qatıq, ədviyyatlardan üyüdülmüş cirə, razyana,sarıkök duz .

Plovun qaraltısı üçün istədiyiniz növ quş əti-İstəyənlər ətə soğan qızartması da əlavə edə bilərlər.
Əğər mal və ya qoyun əti bişirəcəksinizsə o zaman lazım olan ərzaqlar -şabalıd, soğan qızartması, quru gavalı.

Və plovun bəzədilməsi üçün -kişmiş ,qaysı və xurma .

Xanımlar alış-verişə çıxırıq alış-verişəəəə...

Təbii ki, Azərbaycan mətbəxi təkcə plovdan ibarət deyil!!!
İstəyənlər müxtəlif növ kabablardan bişirə bilər və yanına manqal salatını da hazırlaya bilər.
Manqal salatı azericook.com-da hazırlanma qaydası verilmişdir.

Süfrəmizin bəzəyi salatları unutmayaq.
Sizə bir çox salat adı deyə bilərəm ona uyğun ərzaq seçə bilərsiz.
Paytaxt salatı-kartoşka,kök, yumurta, toyuğun döş əti ( istəyənlər mal və ya da kolbasa istifadə edə bilərlər),
tutma xiyar, göy noxud, mayonez,xama,göyərti — şüyüt,duz ,istiot.
Mimoza salatı-kartoşka,kök, toyuğun döş əti, yumurta, holland pendiri, mayonez,xama,duz ,istiot.
Kök salatı- kök,qoz,kişmiş,xama ,duz.(azericook.com-da hazırlanma qaydası var)
Çuğundur salatı-çuğundur,qoz,cəfəri,mayonez,duz,istiot
(Bəzi xanımlar salata sarımsaq da qatırlar amma bu yeni il gecəsi heç də xoş olmaz wink )

Xanımlar alış-verişə çıxırıq alış-verişəəəə...

Yeməyimizin yanında təbii ki, kanpot və ya digər soklar da vermək lazımdır.
Ev şəraitində olan kanpotlar daha sağlıqlı olduğundan mən marketdən içki almıram.
Ev şəraitində heyva kanpotu və digər kanpotlar hazırlamaq üçün sizə lazım olacaqlar-istədiyiniz meyvə, şəkər,su
Heyva kanpotu azericook.com-da hazırlanma qaydası var.

Təmizlik üçün süfrəyə salfetka da almağı unutmayın.

Çay süfrəmiz də rəngarəngdir.Süfrələrimizə gözəl görünüş və ləzzət gətirən mürəbbələrimizi gözəlcə qablara qoyaraq süfrələri bəzəyin.
Dadlı və ləzzətli tortu və kanfetləri,ləbləbiləri süfrəyə qoymağı unutmayın.

Bunları hazırlamaq üçün təxminən marketdə xərcləyəcəyiniz pul- 80-200 manat arasında olacaq.
Qiymətin dəyişməsi alacağınız məhsulların keyfiyyətindən və qiymətindən asılı olacaq.
Təbii ki, marketə gedənlərə səbir diləyirəm çünki, kassa qarşısında növbə olacaq. wink

Portağal sümüyü bərkidir.

Portağal sümüyü bərkidir. Portağal sümüyü bərkidir. Osteoporoz sümüklərin bərkliyini azaldan xəstəlikdir, adətən 50 yaşdan sonra inkişaf etməyə başlayır. Daimi qr

Portağal sümüyü bərkidir.

Portağal sümüyü bərkidir.

Osteoporoz sümüklərin bərkliyini azaldan xəstəlikdir, adətən 50 yaşdan sonra inkişaf etməyə başlayır.
Daimi qreypfrut və portağal şirələrini qəbul etmək osteoporozun inkişafına mane olur.
36 siçovul üzərində aparılan təcrübədə onların 1/3 -i qreypfrut şirəsi, 1/3 -i portağal şirəsi , qalanları isə adi suyla qidalandırılıb.
ABŞ-ın Texas Universitetinin alimlərinin iki ay davam edən araşdırmaları nəticəsində məlum olub ki ,
portağal və qreypfrut şirələri ilə qidalanan siçovulların sümükləri getdikcə möhkəmlənir.
Həmin meyvələrin şirələri sümük toxumlarının möhkəmlənməsinə şərait yaradan antioksidantları fəallaşdırır.

Qazlaşdırılmış içkilər-qocalmanın sürətləndiricisidir.

Qazlaşdırılmış içkilər-qocalmanın sürətləndiricisidir. Qazlaşdırılmış içkilər-qocalmanın sürətləndiricisidir. Qazlaşdırılmış içkilər orqanizmdə qocalma pros

Qazlaşdırılmış içkilər-qocalmanın sürətləndiricisidir.
Qazlaşdırılmış içkilər-qocalmanın sürətləndiricisidir.

Qazlaşdırılmış içkilər orqanizmdə qocalma proseslərini tezləşdirir.
Qazlı içkilərin mənfi təsirləri məlum olsa da , onu içməkdə davam edənlər var.
ABŞ-dakı Harvard məktəbinin ekspertləri müəyyən ediblər ki,
qazlı içkilərin tərkibində külli miqdarda fosfatlar və onlar ürək- damar və
böyrək xəstəliklərinin yaranmasına gətirib çıxarır.
Siçanlar üzərində aparılan tədqiqat fosfatların orqanizmə neqativ və toklisi təsirini aşkar etmişdir.
Ona görə də qazlı içkilərdən çox istifadə etməkdən çəkinmək lazımdır.

Ev şəraitində suxari hazırlamaq

Ev şəraitində suxari hazırlamaq. Ev şəraitində suxari hazırlamaq. Suxari bizə bir çox yeməklərin hazırlanmasına kömək edir. Misal olaraq- Katlet, toyuq qızartması və s

Ev şəraitində suxari hazırlamaq.
Suxari bizə bir çox yeməklərin hazırlanmasına kömək edir.
Misal olaraq- Katlet, toyuq qızartması və s
Suxarini ev şəraitində hazırlamaq çox asantdır.

Əvvəlcə 1 ədəd zavod çörəyini alın.
Sonra bu çörəyi xırda xırda doğrayın.

Ev şəraitində suxari hazırlamaq

Sobanın qablarına tökün.
Və 200 dərəcədə isidilmiş sobaya qoyun.
Ancaq peçin ağzını tam bağlamayın.
Bunun üçün bir taxta qaşığı peçlə onun qapağı arasına qoyun bu zaman peçin ağzı tam bağlanmayacaq.
Təxminən 1 saat içində çörək yaxşıca quruyacaq.Arada çörəkləri qarışdırın ki hər tərəfi qurusun.
Çörəyin tərkibində olan nəm tam buxarlanmalıdır.

Ev şəraitində suxari hazırlamaq
Çörəklər quruyandan sonra ət maşınının xırta gözündən keçirdin.
Bu zaman çörəklər tamamilə xırdalanacaq .Suxarımız hazırdır.
Qızartmalarınızda suxaridən istifadə etməyi unutmayın.
Nuş olsun!

Ev şəraitində suxari hazırlamaq

Toyuq katleti

Dadlı və ləzzətli menyumuzdan… Toyuq katleti. Dadlı və ləzzətli menyumuzdan… Toyuq katleti. Ərzaqlar. Toyuğun döş əti — 500 qr Kök — 2 ədəd ( 100 qr) Kartof -1 ədə

«Əməyə hörmət əlaməti olaraq-Xəbərə baxan hərkəsdən öz fikirlərini qeyd etməyini rica edirik»


Dadlı və ləzzətli menyumuzdan…
Toyuq kotleti.

Toyuq katleti

Ərzaqlar.

Toyuğun döş əti — 500 qr
Kök — 2 ədəd ( 100 qr)
Kartof -1 ədəd orta boy (150 qr)
Soğan -1 ədəd (kiçik olmalıdır)
Keşniş- 1 dəstənin 1/3qədər
Yumurta -1 ədəd
Un- 1 xörək qaşığı
Ədviyyatlar
Sarıkök- yarım çay qaşığı
Duz,istiot
Qızartmaq üçün
suxari
zeytun yağı (Kərə də ola bilər)
Hazırlanışı

Toyuğun döş ətini biraz xırda doğra və ət maşınından (balaca gözündən) keçir.
Eləcə də kökü ,kartofu,soğanı təmizlə və ət maşından keçir.
Üzərinə göyərtini təmizlə xırda doğra,1 ədəd yumurtanı, sarıkökü ,unu , zövqə dörə duzu, istiotu tök.
Və yaxşıca qarışdır.

Toyuq katleti

Tavaya yağı əlavə edib orta xodda isit.
Dərin boşqaba suxarı tök.
Ətli qarışıqdan bir az götürüb əlinizdə kotlet formasını verin.
Sonra suxarıya batırıb tavaya düzün.

Toyuq katleti

Qapağını bağlayın.
Adi kotlet kimi bişirin.Yəni bir üzü qızardıqdan sonra o biri üzünü də qızardın.
Toyuq katleti
Qızarmış kotletləri tavadan götürün.Boşqaba düzün.
İsti-isti süfrəyə verin.
Nuş olsun!

Toyuq katleti

Kök salatı

Dadlı və ləzzətli menyumuzdan… Kök salatı. Dadlı və ləzzətli menyumuzdan… Kök salatı. Ərzaqlar. Kök -6 ədəd (orta boy) Zeytun yağı- 2 xörək qaşığı Qoz — 50 qr

Dadlı və ləzzətli menyumuzdan…
Kök salatı.

Kök salatı

Ərzaqlar.

Kök -6 ədəd (orta boy)
Zeytun yağı- 2 xörək qaşığı
Qoz — 50 qr( balaca kasanın yarısı qədər)
Kişmiş — 100 qr ( balaca kasanın yarısı qədər)
Smetan — 5 xörək qaşığı
Duz,istiot

Hazırlanışı.

Kökləri soyub sürtgəcdən keçirin.

Kök salatı

2 xörək qaşığı yağı tavaya töken ,isinsin sonra üzərinə kökləri tökün.
Tez-tez qarışdırmaq şərtilə tavanın qapağını bağlayın.
Orta dərəcədə qazın üstündə tam 5 dəqiqiə bişirin.
Qeyd.Saata baxşağı unutmayın.tam 5 təqiqə bişməlidir.
Köklər diri qalmalıdır.Çox bişirsəz palçıq kimi olacaq.

5 dəqiqə bitən kimi tavanı ocaqdan götürün.Kənara qoyun soyusun.

Kök salatı
Bu zaman qozları bıçaq vasitəsilə xırdalayın.
Kök salatı

Kişmişləri də sapından təmizləyin,yuyun və qurulayın.
Kök salatı
Soyuyan kökün üzərinə xırdalanmış qozu, kişmişi ,zövqə görə duz və istiotu tökün biraz qarışdırın.
Üzərinə 5 xörək qaşığı smetanı üzərinə töküb qarışdırın.
Salatımız hazırdır.Salatı salat qabına səliqə ilə qoyaraq süfrəyə verə bilərsiz.

Nuş olsun!

Kök salatı