Torpaq çərşənbəsi

By | 13.03.2012

Novruza hazırlıq. Torpaq çərşənbəsi. Novruza hazırlıq. Torpaq çərşənbəsi. Novruz bayramının ən təntənəli mərasimləri çərşənbələr hesab olunur. Məhz buna görə

Novruza hazırlıq.
Torpaq çərşənbəsi.
Novruz bayramının ən təntənəli mərasimləri çərşənbələr hesab olunur.
Məhz buna görə də əhali həmin günləri xüsusi təntənə ilə qeyd edirlər.
Lakin bu çərşənbələrin içərisində daha böyük mərasimlər hazırlanan çərşənbə sonuncu hesab olunan “Torpaq” çərşənbəsidir.
Bu çərşənbə öz xüsusiyyətlərinə və bayrama yaxın olduğuna görə daha çox insanlar tərəfindən sevilir və seçilir.
Bununla yanaşı torpağın insana və bəşəriyyətə verdiyi bu nemətlər heç vaxt unudulmur.
Ona görə də həmin günə Azərbaycan xalqı daha təmtaraqlı şəkildə hazılaşırlar.
Torpaq çərşənbəsində süfrəmizin gözəl təamlarından olan paxlava, şəkərbura, qoğal və bir çox şirniyyatlar hazırlanır.
Şirniyyatların süfrəyə qoyulması bütün ilin bərəkətli, ruzili və həmişə şirin keçməsini mənalandırır.
Bununla yanaşı qoz, fındıq, badam və bir çox çərəz növləri də süfrəni bəzəyir.

Torpaq çərşənbəsi

Qadınlar, qızlar xonça tutur və müxtəlif konfetlərlə və şirniyyatlarla onu bəzəyirlər.

Torpaq çərşənbəsi

Süfrə qoyulmuş səməni isə öz yaşıl görkəmi və belinə bağlanmış qırmızı lentlə daha çox diqqət cəlb edir.
Səməni xonçasına 7 ədəd «S» hərifi ilə başlayan ərzaq və əşya qaymaq lazımdır.
Misal-Səməni,su,süd,sünbül,sancaq,sırğa,sap və s

Torpaq çərşənbəsi

Həmin gün hamı deyib, gülür və insanlar evlərində xoş sözlər danışırlar.
Bəlkə qapı dinləyənlər oldu. wink
Həmçinin bu gün də axşam vaxtı tonqal qalanır.
Axşam xonça şamlarını yandırmağı unutmayın.

Torpaq çərşənbəsi

Yalnız bu çərşənbədə uşaqlar papaq qoymağa gedir, qızlar müxtəlif fallara baxır .
Saymaqla bitməz adət-ənənələrimiz.
Sözün qısası Novruz gəlir ,yaz gəlir!
Bu da bayram süfrəmiz.

Torpaq çərşənbəsi

0 thoughts on “Torpaq çərşənbəsi

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *