Biskivitili və qaymaqlı tort.

By | 10.10.2012

Dadlı və ləzzətli menyumuzdan… Qadın barmağı biskiviti ilə qaymaqlı tort.Dadlı və ləzzətli menyumuzdan… Qadın barmağı biskiviti ilə qaymaqlı tort. Lazım olan ərzaql

Dadlı və ləzzətli menyumuzdan…
«Qadın barmağı» biskiviti ilə qaymaqlı tort.
Biskivitili və qaymaqlı tort.
Lazım olan ərzaqlar.

Un -1.5 st
Yumurta — 7 ədəd
Şəkər -1.5 st
Vanil — 1 paçka
Kakao-1 x/q
Qabartma tozu — 1paçka

Qadın barmağı biskivitləri-
(Marketlərdə VİCENZEVO-adı ilə satılır)-1 paçka

Krem üçün
Mascarpone (Qaymaq)- 800 qr
Şəkər pudrasl- 7 x/q
vanil -1 paçka

Qoz- 15-20 ədəd

Şərbət
Su-1/2 st
Şəkər 1/2 st
Limon-yarım ədəd(suyu)

Üzəri üçün-kakao ,zər
zövqə görə şokolad

Hazırlanışı
Yumurtaların ağını sarısından ayırın.

Yumurtanın ağını mikserlə çalın(böyük sürətlə).Yumurtanın hazır olmasını belə bilərsiniz.
Yumurta olan qabı üzü aşağı yavaşca çevirin əgər alınan köğük qabdan tökülmürsə deməli ağ hazırdır.
Üzərinə şəkəri də əlavə edin mikserlə çalın.

Ayrı bir qaba unu ələklə ələyin üzərinə vanili və qabartma tozunu və kakaonu əlavə edin qarışdırın.
Ayrı bir qabda yumurtanın sarısını da biraz çalın.
Ağ kütlənin üzərinə əvvəlcə yumurtanın sarısını töküb taxta qaşıqla yavaşca qarışdırın.
Üzərinə unu yavaş -yavaş töküb qarışdırın.
Tez -tez qarışdırsanız kütlə şişkinliyini itirəcək və biskivit istədiyiniz kimi alınmayacaq.
Tort qabının içərisinə yapışmayan perqament kağızını sərin.Qabın qıraqlarını isə kərə yağı ilə yağlayın.
Kütləni ehmalca tavaya boşaldın və eyni hündürlükdə yayın.

Biskivitili və qaymaqlı tort.

Öncədən 180 dərəcə isidilmiş sobanın alt gözünə qoyun.Peçin ağzını bu müddətcə heç açmayın.
Təxminən 15 dəq sonra sonra kütlə şişəcək və alt hissəsi qızaracaq.
Sonra qabı sobanın orta yerinə qoyun 10-15 dəqiqə qalsın.Biskivitin üzəri də qızaracaq.
Biskivitin tam bişməyini belə yoxlayın-adi kibrit dənəsini biskivitin ortasına batırıb çıxardın.
Əgər kibritin üzərində xəmir yoxdursa deməli biskivit hazırdır.
Biskiviti sobadan çıxardın və tavanın qıraqları qoyunca bıçaq gəzdirin.
Tavanı soyutma telinə əgər soyutma teli yoxdursa adi çay dəsmalının üzərinə çevirin.Kağzı biskitdən ayırın.
Və biskiviti düz tərəfinə çüvirin sərin bir yerə qoyun soyusun.

Biskivit tam soyuyandan sonra onu iki yerə bıçaq vasitəsilə bölün.
Bu biskivit 10-12 nəfərə bəs edir.

Biskivitili və qaymaqlı tort.

Qaymaqlı kremin hazırlanması
Qaymağı bir qaba boşaldın və mikser vasitəsilə 3-4 dəqiqə qarışdırın.
Üzərinə pudra halında olan şəkəri və vanili əlavə edib 3-4 dəqiqə daha mikserlə qarışdırın.
Krem hazırdır.(Soyuducuda biraz dinləndirin)

Biskivitili və qaymaqlı tort.

Bu zaman ərzində şərbəti hazırlayın.
Balaca cəmə suyu,şəkəri və limon suyunu tökün.
Qazın üzərinə qoyu qaynasın,qarışdırın.
tam həll olunsun və biraz qatılaşsın.
Cəmi qazın üzərindən götürün kənarda soyusun.

Qozu tavada ya da sobada biraz qurudun və orda xırdalıqda bışaqla doğryun.

Biskivitili və qaymaqlı tort.

Biskivitin birinci layını tort qabına qoyun.
Üzərinə 2 xörək qaşığı qaymaqlı krem qoyub bıçaq vasitəsilə üzərinə yayın.
Üzərinə qozun yarısını səpin.

Biskivitili və qaymaqlı tort.

Şərbəti dərin nimçəyə boşaldın.
Qadınbarmağı biskivitlərini bir bir hər iki tərəfini bu şərbətə qatırıb qozun üzərindən düzün.
Qeyd-biskivitləri şərbətdə çox saxlamaq olmaz.Tez-tez iki üzünü şərbətə batırıb çıxartmalısız.
Yenidən üzərinə 2 x/q qaymaqdan sürtün.
Qalan qozları da üzərinə səpin.
Biskivitili və qaymaqlı tort.

Sonra ikinci layı üzərinə qoyun.
Yerdə qalan qaymaq kremi sürtüb tortun hər yerinə sürtün.

5-6 ədəd qadınbarmağı biskivitlərini blenderə atıb narın hala gətirin.
Və bu biskivit tozunu tortun kənarlarına əlinizlə yapıdırın.

Biskivitili və qaymaqlı tort.

Sonda tortu bəzəyin.Üzərinə 1 x/q kakaonu səpin.
Üzərini də istədiyiniz kimi bəzəyin.
Mən üzərinə qoz və zər səpmişəm.
İstəyən şokoladlı qlazur da edə bilər.
«Qadınbarmağı» biskibitli ilə qaymaqlı tortumuz hazırdır.
Nuş olsun!

Oktyabr ayının 12-de anamın ad günü idi. winked
Bu tortu da anam üçün hazırlamışdım.
Anam gülləri çox sevir.(əkib-beçərir))))
Mən də bacardığım qədər gül düzəltmək istədim onun üçün.
Burdan da ona deyirəm ,mamuş seni çox sevirəm öprəm.
Allah bütün anaların canını sağ eləsin,heç vaxt dərd görməsinlər.)))

Biskivitili və qaymaqlı tort.
Bu tortu da eyni qayda ilə hazırladım ancaq üzərini başqa cür bəzəmişəm.
Qorxunc tortdur.
Adı da » Qəbristanlıq tortudur»
Facebook səhifələrindən -Tibb fakultəsinə məndən hədiyyə olsun. wink

Biskivitili və qaymaqlı tort.

0 thoughts on “Biskivitili və qaymaqlı tort.

  1. meray

    Əllərinə sağlıq dadlı görünür, amma axırıncı tort yox wink

    Reply
  2. durasel

    Vauuu.Axırıncı şəkil əladı.Torta görə əllərinizə sağlıq.Eladı. wink

    Reply
  3. helime

    vauuu.bu yaxınlarda qonaqlığımız var.mütləq hazırlayacam bundan

    Reply
  4. gulluguleyfe

    daddı torta oxşuyur.ellerine sağlıq wink

    Reply

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *