Tənək dolması

Tənək dolması.,yarpaq dolması, Bəziləri bu yeməyə Yarpaq dolması da deyirlər.Dadlı və ləzzətli menyumuzdan … Tənək dolması. Bəziləri bu yeməyə Yar

«Əməyə hörmət əlaməti olaraq-Xəbərə baxan hərkəsdən öz fikirlərini qeyd etməyini rica edirik» wink
Dadlı və ləzzətli menyumuzdan …
Tənək dolması.
Bəziləri bu yeməyə «Yarpaq dolması» da deyirlər.

Tənək dolması

Lazım olan ərzaqlar
(4 nəfərlik)
Ət-500 qr(biraz yağlı olsa yaxşı olar)
Soğan -3 ədəd
Nanə- 2 x/q
Düyü- 2/3 stəkan
Şüyüt-1 dəstə(olsa da olar olmasa da)
Duz-1 x/q
Tənək yarpağı- 1 banka(800 qr)

Hazırlanışı.
Əti balaca tikələrə bölün ,yuyun və ət maşınının balaca gözündən keçirin.
Soğanları da soyun ,yuyun və sürtgəcdən keçirin.
Üzərinə şüyütü təmizləyin ,yuyun və doğrayın.
Quru nanəni xırda ovxalayın üzərinə səpin.
(əgər təzə nanədirsə onun yarpaqlarını qırın ,yuyun doğrayın.Zoğlarını tullayın)
Düyünü də yuyub ətə əlavə edin.
Üzərinə də duzu səpin və qarışdırın.

Tənək dolması

Keçək tənək yarpağına.
Əgər tənək yarpağı təzədirsə ətə duzu adi qaydada qatın.
Hər yarpaqdan da dolma olmur.
Diqqət edin ki-yarpaq nazik olsun,yarpağın tərs üzü çox tüklü olmasın,yarpaq balaca olsun,rəngi solğun ya da çox tünd olmasın.
Bunlara diqqət yetirsəniz dolma bişən zaman incə və əlvan rəngli olacaq,qaralmayacaq.
Təzə yarpaqları bükmədən əvvəl soyuq su ilə yuyun sonra üzərinə qaynar su tökün biraz pörtləyib yumuşalsın.
Bu zaman siz dolmaları rahat bükəcəksiniz.
Yox əgər tənək yarpağı tutma bankadandırsa,o zaman demək tənək yarpağı çox duzludur.
Çünki tənək duzlanıb bağlanılır qış üçün.
Öncə yarpaqları bankadan çıxardın bir dərin cəmə qoyun üzərinə su tökün 2-3 dəfə suda yaxalayın.
Ən yaxşısı bişirməmişdən bir gecə qabaq yarpaqları suda saxlasanız ela olar.
Bütün artıq duzu suya qarışıb gedər.
Bu zaman dolmalarınız da duzlu olmaz.

Tənək dolması

Dolmaları bükməzdən əvvəl tənək yarpaqlarının saplaqlarını kəsin.

İndi isə dolmaları hazırlayaq.
Qeyd-ət tənək yarpağının tərs üzünə yəni damarlı üzünə qoyulur.
Yarpaq böyükdürsə onu 2 yerə bölün.
Yarpaq hər herdə başqa cür bişirilir.Mən sizə 2 cür büküm göstərəcəm.
Birincisi uzunsov büküm.
Yarpağın tərs üzünə əti uzunsov qoyun .
İlk öncə yarpağın alt tərəfini içəriyə doğru sonra isə qıraqlarını içəriyə doğru qatlayın və yumurulayın.
Hazırdır.

Tənək dolması

İkinci yumuru büküm.
Əti yarpağın içinə yumuru halda qoyun.
Yenə öncə aşağısını sonra qıraqlarını içəriyə doğru qatlayın və bükün.

Tənək dolması

Bişirəcəyiniz qazanın dibinə 5-6 yarpaq sərin ki bişmə zamanı dolma qazanın dibinə yapışmasın.
Sonra bükdüyünüz dolmaları qazana yığın.

Ən sonda üzərinə 2 st su tökün və üzərinə boşqabı tərs çevirib qoyun.
Bunun səbəbi dolmalar bişən zaman açılmaması üçündür.

Tənək dolması

Qazanın qapağını örtün və çox aşağı xodda qazın üzərinə qoyun.
Təxminən yarım saat bişsin.
Dolmanın bişib bişmədiyini belə yoxlaya bilərsiniz.
Dolmalardan birinin dadına baxın əgər düyüsü bişibsə deməli dolma bişib.
Yeməyimiz -Tənək dolması hazırdır.
Nuş olsun!

Tənək dolması

9 thoughts on “Tənək dolması

  1. azericook.com

    Bu yemək mənim ən çox sevdiyim yeməkdir.
    Məncə bu yeməyi sevməyən olmaz.

    Reply
  2. helime

    Mənim de sevdiyim yemeklerdendi .Etri insanı deyir ki gel meni yeeeeee

    Reply
  3. Rovshane

    Shekilde dolmada gorunur ki, duyu vurulub amma lazim olan erzaqlarin siyahisinda yoxdur

    Reply
  4. admin

    Rovshane,
    Çox sağ olun diqqətinizə görə.Ola bilər siyahıya yazmaq yaddan çıxıb.İndi düzəliş edərəm.Təşəkkürlər.

    Reply
  5. xena

    cox sevdiyim 1 yemekdir, en coxda hazirladigm
    twk ler

    Reply
  6. Şamaxı

    ozum kimi tenek buke bilen yoxduye bir gun paylasaram

    Reply
  7. azericook.com

    Şamaxı,
    Buyurub öz məharətinizi göstərin.
    Bişirin ,şəkillərini çəkin reseptini yazın və aynur712@gmail.com ünvanına göndərin.Məmnuniyyətlə sayta qoyarıq.

    Reply
  8. durasel

    İndi hazırlayıram.Çox təşəkkürlər 1-2 şeyi bilmirdim nətökürlər.ona görə girib sizin saytdan baxdım.))))

    Reply
  9. nergizem

    men bununla razilawmiram.cunku 0.5 kq etden 4 neferden cox adama dolma cixar.bu menim fikirimdir,hem orda yazilan duyude coxdur.duyunun cox olmasi,dolma biwende,dolmanin ici palciq kimi olur.duyunu cox,ancaq yalanci dolmada tokurler.

    Reply

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *