Toyuq ruleti

By | 13.03.2012

Toyuq ruleti. Dadlı və ləzzətli menyumuzda … Toyuq ruleti. Lazım olan ərzaqlar Toyuğun döş əti-800 qr Soğan -2 ədəd Sarıkök-yarım çq

Dadlı və ləzzətli menyumuzda …
Toyuq ruleti.

Toyuq ruleti

Lazım olan ərzaqlar
Toyuğun döş əti-800 qr
Soğan -2 ədəd
Sarıkök-yarım ç/q
Duz,istiot-zövqə görə
Zeytun yağı-2 x/q
İç üçün
Kartoşka-6-7 ədəd
Kök-2-3 ədəd
Yumurta -2 ədəd
Kərə yağı -2 x/q(ərinməmiş)
Çeşniş-1 dəstə
Duz
Üzəri üçün
Yumurta -1 ədəd
Zeytun yağı -1x/q
Hazırlanışı
Toyuğun döş ətini balaca tikələrə bölün və yuyun.
Ət maşınından 3 dəfə keçirin.
Soğanları da soyun ət maşınından keçirin.
Üzərinə duz,istiot ,sarıkök və zeytun yağı töküb əlinizlə yoğurun.
Qarışığı üzərinə salafan sərib soyuducuya qoyun.

Toyuq ruleti
İndi içi hazırlayın
Kartoşkaları,kökü və yumurtaları dərin bir qaba qoyun .
Üzərini basacaq qədər su töküb qazın üzərində bişirin.
Yumurtaları 10 dəqə sonra qalan ərzaqları isə (çəngəl batıraraq yoxlayıb) bişəndə götürün.
Ərzaqların qabığlarını soyun və yaxşıca əzin.
Bu arada üzərinə duz səpin və kərə yağını əlavə edin.
Ərzaqlar püre halına gəlib tamamilə bir-birilərinə qarışmalıdırlar.

Toyuq ruleti

Aliminium kağızı stolunuzun üzərinə sərin.
Əti soyuducudan çıxarıb kağızın üzərinə tökün və əlinizlə nazik olmaqla eyni hündürlükdə yayın.
Kartoşkalı qarışığı da ilk öncə əlinizlə nazikləşdirib döş ətinin üzərinə yayın.
Qeyd-hər yeri eyni hündürlükdə olsun.
Sonda üzərinə təmizlənmiş ,yuyulmuş və doğranmış çeşnişi səpin.

Toyuq ruleti

Toyuq ruleti

Dar tərəfindən başlayaraq içəriyə doğru rulet kimi bükün.
Yumuru ortaya çatanda saxlayın.

Toyuq ruleti

Toyuq ruleti

Bu dəfə də o biri tərəfindən başlayaraq ortaya kimi bükün.
Tən ortada 2 ədəd rulet yaranacaq.
Aliminium kağızın hər iki tərəfindən tutub ruletləri soba listinə yerləşdirin.
(istəyən ruletləri ortadan kəsib ayrı-ayrı bişirə bilər)

Toyuq ruleti

Üzərinə 1 x/q zeytun yağı sürtüb üzərinə də yumurta sarısı çəkin.
Sobanı 180 dərəcəyədək isidin və ruletləri sobanın orta hissəsinə qoyun.
Altı və üstü qızarana kimi bişirin.
Qızarmış ruleti sobadan çıxardın.
İstəyə görə isti -isti və ya soyuq süfrəyə verə bilərsiz.
Nuş olsun!

Toyuq ruleti

0 thoughts on “Toyuq ruleti

  1. helime

    Bu ruleti birinci dəfə görürəm.Amma dadlıya oxşayır.

    Reply
  2. sara

    Toyuqqqq əla
    Yaxşı iri ruletdi esil qonaqlar üçündü.

    Reply
  3. Ferqane

    isde bu sekli gordum agzim sulandi isteyirem ((

    Reply

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *