Balqabaqlı kartoşka katleti

By | 28.12.2011

Dadlı mə ləzzətli meyumuzdan … Balqabaqlı kartoşka katleti. Dadlı mə ləzzətli meyumuzdan … Balqabaqlı kartoşka katleti Lazım olan ərzaqlar. kartoşka -4 ədəd Kök

Dadlı mə ləzzətli meyumuzdan …
Balqabaqlı kartoşka kotleti

Balqabaqlı kartoşka katleti

Lazım olan ərzaqlar.

Kartoşka -4 ədəd
Kök -4 ədəd balaca boy(100 qr)
Balqabaq — 100 qr
Yumurta -1 ədəd
Un — 2 xörək qaşığı
Ədviyyatlardan-duz,istiot ( zövqə görə)
Sarıkök -yarım çay qaşığı
Duru yağ (qızartmaq üçün)
Suxarı

Hazırlanışı

Kartoşkaları soyun,təmiz yuyun və ət maşınından keçə biləcək boyda doğrayın.
Eyni ilə kökü və balqabağı soyun ,yuyun,doğrayın.
Keşnişi də təmizləyin, yuyun və xırda -xırda doğrayın.

Kartoşkanı, balqabağı və kökü ət başınının balaca deşikli tərəfindən keçirin.
Sonra əlinizlə keçirilmiş ərzaqların suyunu yaxşıca süzün.Su qalmasın.

Üzərinə doğranmış keşnişi,yumurtanı, unu ,duzu,istiotu,sarıkökü əlavə edib yaxşıca qarışdırın.
Qarışıq bir az yumuşaq olacaq.

Balqabaqlı kartoşka katleti

Yağı tavaya əlavə edin və orta səviyyəli qazda isidin.
Hazır olan qarışıqdan 1 dolu xörək qaşığı götürün.
Əlinizlə kotlet forması verin və hər iki üzünü suxarıya batırın.
Sonra tavaya qoyun.Tavanın qapağını da örtün.

Balqabaqlı kartoşka katleti
Bir üzü qızardıqdan sonra o biri üzərini də qızardın.
İsti-isti süfrəyə verin.
Nuş olsun!

Balqabaqlı kartoşka katleti

0 thoughts on “Balqabaqlı kartoşka katleti

  1. helime

    Men kartoşkanı sade katlet edirdim.Amma bele de eleyecem yene.Görum nece dadacaq.Ləzzətli gorunur.Təşəkkürlər

    Reply
  2. Gulya_Rustemli

    heeee…mende kartowkali etmiwdim ancaq…bunu yoxlamaq olar…tewekkurler)

    Reply
  3. GULLu777

    \\bisirdim cox sag olun.xosumuz gelmedi,usaglarda ac qaldi,heyif menim o balqabaqimdan.\\bilseydim qaynadib yeyerdim)))))

    Reply
  4. admin

    GULLu777,
    Ola bilər .Zövqlər müxtəlifdir.Amma bəyənənlər daha çoxdur

    Reply

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *