Gül kələmi kotleti

By | 24.02.2012

Gül kələmi kotletiDadlı və ləzzətli menyumuzdan… Gül kələmi kotleti( 15-20 ədəd) Lazım olan ərzaqlar Gül kələmi-700 qr Limon -1 əd

«Əməyə hörmət əlaməti olaraq-Xəbərə baxan hərkəsdən öz fikirlərini qeyd etməyini rica edirik»
Dadlı və ləzzətli menyumuzdan…
Gül kələmi kotleti( 15-20 ədəd)

Gül kələmi kotleti

Lazım olan ərzaqlar

Gül kələmi-700 qr
Limon -1 ədəd
Şüyüt-1 dəstə
Yumurta -2 ədəd
Un-4 x/q
Sarıkök-1 ç/q
Duz,istiot
Qızartmaq üçün -duru yağ

Hazırlanışı

Gül kələmini şəkildə gördüyünüz kimi yarpaqlarından ayırıb xırda doğrayın.

Gül kələmi kotleti

kələmi qazana tökün üzərinə 1 st su əlavə edin qapağını örtün və kələm bişənə kimi qaynadın.
Kələm tam yumuşalıb əziləndə qazanı qazın üzərinən götürün artıq suyu qalıbsa süzün və kələmi taxta vasitəsilə əzin.
Üzərinə 1 x/q limon suyu sıxın və qarışdırın.
Kənara qoyun soyusun.

Gül kələmi kotleti

Şüyüdü təmizləyin, yuyun, xırda doğrayın.
Üzərinə yumurtaları və sarıkökü əlavə edin.

Gül kələmi kotleti

Soyumuş kələmi də bura əlavə edin və duz,istiot əlavə edin qarışdırın.
Sonra üzərinə 4 x/q unu əlavə edin qarışdırın.

Gül kələmi kotleti

Tavaya duru yağ əlavə edin və qoyun qızsın.
Qarışıqdan 1 xörək qaşığı götürüb tavaya qoyun və üzərindən qaşıqla basıb kotlet forması verin.

Gül kələmi kotleti

Bir tərəfi yaxşı qızardıqdan sonra çevirin o biri üzü də qızarsın.

Gül kələmi kotleti

Qızarmış gül kələmi kotletlərini qalın solfetka qoyulmuş boşqaba düzün ki , solfetka kotletlərin yağını çəksin.
Kotletlərlərin hamısı qızardıqdan sonra isti -isti süfrəyə verin.
Üzərini limon dilimləri ilə bəzəyə bilərsiniz.
Nuş olsun!

Gül kələmi kotleti

0 thoughts on “Gül kələmi kotleti

  1. helime

    Bizde demek olar ki istifadə edilmir gül keleminden.Amma yeməyiniz dadlı görünür.Gərək bir dəfə alım görək necə dadır.

    Reply
  2. yaqut

    cox gozel izah etmek qabiliyyetiniz var.saytinizla tanish olali deyesen biz de ashpaz olacaqiq. teshekkurler

    Reply
  3. azericook.com

    yaqut,
    Türklər demişkən-Anlata bildiysəm nə mutlu bana)))) wink

    Reply
  4. doctor

    men sizin bu yemeyinizi bishirdim. haminin ve menim chox xoshuma geldi. chox teshekkur edirem.

    Reply

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *