Sobada toyuq və kartoşka qızartması

By | 18.03.2012

Sobada toyuq və kartoşka qızartması Dadlı və ləzzətli menyumuzdan … Sobada toyuq və kartoşka qızartması Lazım olan ərzaqlar. Toyuq-2

Dadlı və ləzzətli menyumuzdan …
Sobada toyuq və kartoşka qızartması

Sobada toyuq və kartoşka qızartması

Lazım olan ərzaqlar.

Toyuq-2 ədəd
Kartoşka-6-7 ədəd
Ədviyyatlar
Duz istiot -zövqə görə
Turşu-1 ç/q
Sarıkök-1ç/q
Zeytun yağı-2x/q

Hazırlanışı
Toyuqların hər birini tikələrə bölün (9-10tikə)
Yuyun və ədviyyatları və yağı toyuqların üzərinə tökün .
Yaxşıca qarışdırın.
Sobanı 200 dərəcə isidin.
Soba listi yağlayın.
Toyuq tikələrini üzərinə düzün.

Sobada toyuq və kartoşka qızartması

Sobaya qoyun 30 dəqiqə bişsin.
Bu zamanda toyuğun suyu da çıxacaq biraz da bişəcək.
Kartoşkaları da soyun, yuyun və ortadan 2 yerə bölün.
Duz və istiot vurun.
Toyuqların üzərinə düzün.Yenidən sobaya qoyun.
Kartoşkalar da tam bişsin .
Listi sobanın üst hissəsinə qoyun və qızartma rejimində qızardın.

Sobada toyuq və kartoşka qızartması

Yeməyimiz hazırdır.
Nuş olsun!

Sobada toyuq və kartoşka qızartması

0 thoughts on “Sobada toyuq və kartoşka qızartması

  1. nem-nem

    cox dadli di mende senden respdi goturdum ve bisirdim

    Reply
  2. sara

    Men sobada bişən yeməkləri çox sevirəm.Ləzzətli görünür.Gecə vaxtı iştaham artdıyeeee

    Reply

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *